Xəbər lenti

Lezbian cinayətkarlar həbsxanada evləndi
Dünya05:35 02.11.2014

Lezbian cinayətkarlar həbsxanada evləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya mediası iki lezibian qadının sevgisindən danışır. Qaynar.info xəbər verir ki, həmin qadınlar hazırda həbsxanadadı.

Ağır cinayətə görə həbs olunan Suzanna Von Rixthofenin 30, Recina Sandra Sançesin 36 yaşı var. Onlar Rio-de-Janeyroda saxlandıqları həbsxanada evləniblər.

Eynicinsli evliliklərə icazə verilən Braziliyadakı bu cütlük həbsxananın tikiş fabrikində tanış olub. Sançes vurulduğu Rixthofen üçün ərini öldürüb parçalayan keçmiş sevgilisindən ayrılıb. Cütlük qısa müddətdə evlənmək qərarına gəlib. İndi onlar həbsxanada eyni kamerada qalır.

Onların bu qədər diqqət mərkəzinə düşməsinin səbəbi keçmişləridi. Belə ki, Rixthofen 18 yaşında atasını və anasının öldürülməsinə görə həbsxanaya düşüb. O, ailəsini sevgilisi və onun dostuna dəmir çubuklarla döyüdürərək öldütdürüb. Məqsəd isə valideynlərinin milyonlarla pulunu götürərək rahat həyat yaşamaq olub. Ancaq üçü də həbs olunaraq 39 il iş alıblar. Sançes isə 2006-cı ildə bir uşaq qaçıraraq qarşılığında pul istəyib. Amma ailəsi tələb etdiyi pulu vermədiyindən uşağı öldürüb. Məhkəmə onu 27 il azadlıqdan məhrum edib.

Qaynar.info