Xəbər lenti

LGBT bayrağını yandıran amerikalıya elə bir hökm oxundu ki...
Dünya15:48 20.12.2019

LGBT bayrağını yandıran amerikalıya elə bir hökm oxundu ki...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir amerikalı LGBT icmasının bayrağını yandırdığına görə 15 il həbs cəzasına məhkum edilib. 
Qaynarinfo BBC-yə istinadla xəbər verir ki, hadisə, Ayova ştatının Stori bölgəsində baş verib. 
Bu ilin iyun ayında 30 yaşlı Adolfo Martinez "Dangerous Curves” striptiz klubuna gəlib və oradakıları təhdid etməyə başlayıb. Klubun müştəriləri polis çağırıb, amma polis gələnə qədər klubun mühafizəçiləri onu obyektdən çıxarıb. Bundan sonra o Məsih kilsəsinə gedib və orada LGBT cəmiyyətinin bayrağını cıraraq yandırıb. Sonra isə barı yandıracağını deyib.
Elə həmin gün onu saxlayıblar. O, polisə əməlini etiraf etsə də, peşman olmadığını bildirib. Noyabr ayında isə onu nifrətə, üçüncü dərəcəli təhqirə və odla "oynamağa” görə bir müddətlik həbs ediblər.
Storinin prokuroru Cessika Reynolds bildirib ki, o, nifrət zəminində cinayətin, cinsi oriyentasiyanı təmsil edən əmlaka vurulan ziyanın əsasında ittiham edilib. Prokuror əlavə edib ki, nifrət cinayətləri törədən insanlar ciddi aqibətlə qarşılaşacaqlarını başa düşməlidirlər. Beləliklə, Adolfo Martinez Storidə nifrət cinayətlərinə görə mühakimə olunan ilk şəxs olub.
Alpər