Xəbər lenti

"Libyan Observer": Qələbədən sonra Türkiyə Liviyada iki hərbi baza yaradır
Dünya11:30 14.06.2020

"Libyan Observer": Qələbədən sonra Türkiyə Liviyada iki hərbi baza yaradır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyanın ingilisdilli nəşri "The Libyan Observer" Türkiyənin Liviyadakı iki hərbi bazanı öz qüvvələrini yerləşdirmək üçün təchiz etməyi planlaşdırdığı barədə məlumat verib.
Qaynarinfo xəbər verir ki, Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən yazan nəşr, Marşal Haftarın Liviya Milli Ordusu ilə döyüşlərdə Ankaranın Milli Saziş Höküməti ordusuna verdiyi yardım çərçivəsində iki ölkənin hərbi əməkdaşlığı gücləndirməkdə davam etdiyini qeyd edib. Rəsmi Tripolinin qələbəsindən sonra türk qoşunları üçün iki bazanın yaradılması nəzərdə tutulur.
Söhbət Türkiyənin hava hücumundan müdafiə sistemləri və dronlar yerləşdirməyi planlaşdırdığı Əl-Vatiya aviabazasından gedir. Türkiyə Silahlı Qüvvələrinə verilə biləcək ikinci baza Misratda yerləşir.
"Həmçinin qeyd olunur ki, yenidənqurma layihələri (baza altındakı hərbi infrastruktur) artıq yaradılmağa başlayıb, çünki Türkiyə 9 illik dağıdıcı müharibədən sonra yenidənqurmaya töhfə verməyə hazır olduğunu nümayiş etdirməyə çalışır", - deyə məqalədə bildirilir.
Bundan əlavə, materialda deyilir ki, Liviya və Türkiyənin neft hasilatı üçün ortaq layihələrə başlaması gözlənilir.
Alpər