Dünya 11:08 24.01.2024

Limanlar, Krım, sərhəd bölgələri… Kiyev Fransanın SCALP-larından necə istifadə edə bilər?

Ukrayna Fransanın vəd etdiyi SCALP qanadlı raketlərindən Rusiyanın nəzarətindəki limanlara, ilhaq edilmiş Krım və sərhədyanı ərazilərə hücum etmək üçün istifadə edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru Aleksey Getman "Kanal 24"ə müsahibəsində danışıb.

Eyni zamanda, onun sözlərinə görə, "hədəflər çox, raketlər azdır”.

"Biz onlardan çox ehtiyatla istifadə edəcəyik. İlk növbədə, Rusiyanın zenit-raket sistemlərini, o cümlədən "Triumf”ları, S-400-ləri məhv etməliyik", - hərbçi bildirib.

O vurğulayıb ki, F-16 qırıcıları Ukraynada görünənə qədər Kiyev bu raketləri "bir az da saxlayacaq", o vaxta qədər ki, Rusiyanın zenit-raket sistemlərini məhv etmək mümkün olacaq. Ondan sonra isə Ukraynanın Su-24, Su-25 və MiQ-29 təyyarələri ora uça bilər.

"Rusların ancaq öz təyyarələri ilə onların qarşısını almaq imkanı ola bilər. Biz isə bu hücum hərəkətlərini ört-basdır edəcəyimiz Rusiya təyyarələrini qova və ya F-16-ları məhv edərdik. Onda ruslar yaxınlaşmayacaq, çünki başa düşəcəklər ki, həssasdırlar. Ona görə də Kerç körpüsünü adi bombalarla dağıtmaq olar”, - Getman qeyd edib.

Fransa Ukraynaya hərbi yardımın həcmini artırır. Xüsusilə, 2024-cü ildə ölkə Ukraynaya ayda 50 SCALP raketi tədarük edəcək.

Bundan əlavə, Fransa bu ilin sonuna qədər Ukraynaya ayda 3 min mərmi tədarük edəcəyinə söz verib.

Alpər