Litva Belarusla sərhəddə iki keçid məntəqəsini bağlamaq qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə LRT-yə ölkənin daxili işlər nazirinin müavini Arnoldas Abramaviçyus
bildirib.
Abramaviçyusun sözlərinə görə, bu, "iki nəzarət-buraxılış məntəqəsinin bağlanması yaxın vaxtlarda qərarın veriləcəyi tədbirlərdən biridir”. O əlavə edib ki, bir müddət sonra bu barədə məlumat veriləcək.
"Polşada praktiki olaraq Belarusla sərhəddə bir keçid məntəqəsi varsa, bizdə onlardan altısı var. Qabaqlayıcı tədbirlərdən biri onların sayının altıdan dördə endirilməsidir", - nazir müavini deyib.
Abramaviçyus onu da qeyd edib ki, "bir ölkə sərhədləri bağlamaq qərarına gəlsə, bu, heç bir nəticə verməyəcək – bu, digər ölkələrdə vəziyyəti daha da pisləşdirəcək”.
"Ona görə də, yalnız regional qərar qəbul edilə bilər - keçən il olduğu kimi, rusiyalıları ölkə daxilinə buraxmamaq qərarı verildiyi zaman", - deyə o, bu hərəkətlərin sərhəddəki təxribatların sayından asılı olduğunu bildirib.
Bundan əvvəl Litva prezidenti Gitanas Nauseda Belarus ərazisində "Vaqner” qrupunun muzdlularının olması səbəbindən təhlükəsizlik vəziyyəti son dərəcə çətinləşərsə, Belarusla sərhədin bağlanmasının mümkünlüyündən danışıb.
Ötən gün Polşanın Baş naziri 100 vaqnerçinin Suvalki dəhlizi deyilən yerə hərəkət etməsi barədə məlumat verib.
Eyni zamanda, Nausedanın sözlərinə görə, "Vaqner” qrupu Belarusun Qrodno vilayətində Litva sərhədi yaxınlığında yerləşib.
Nizami Bağırov