Litva Moskva və Bütün Rusiyanın Patriarxı Kirilə (Vladimir Qundyayev) 5 il müddətinə, 2027-ci il iyunun 23-dək öz ərazisinə girişi qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi” Litvanın Daxili İşlər Nazirliyinə istinadən məlumat
yayıb.
Nazirlik açıqlamasında bildirib ki, Rusiyanın Ukraynadakı müharibəsini dəstəklədiyi üçün ölkəyə girişi qadağan edilib. Patriarx iyunun 23-də arzuolunmaz şəxslər siyahısına daxil edilib, bu barədə ilk dəfə ictimaiyyətə məlumat verilir.
Ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsbergis Aİ-nin Qundyayevin sanksiya siyahısına daxil edilməsindən danışıb. O vurğulayıb ki, bu qadağa Aİ-nin bütün 27 ölkəsinin səfirləri və başçıları tərəfindən dəstəklənir.
İyunun 16-da Britaniya hakimiyyəti Qundyayevi sanksiyalar siyahısına əlavə edib. Onun Böyük Britaniyaya girişi qadağan edilib və sanksiyalara həmçinin aktivlərin dondurulması və "qara” siyahıdakı şəxslərlə əlaqəsi olan təşkilatlarla biznesin məhdudlaşdırılması daxildir. Böyük Britaniyanın ardınca Kanada da patriarxa qarşı sanksiyalar tətbiq edib.
Nizami Bağırov
Şərhlər