Ədalət yalnız Rusiya liderlərinin mühakimə olunması ilə təmin olunacaq.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Litva parlamentinin müraciətində
deyilir.
Litva parlamenti Rusiya rəhbərliyinin Ukraynaya müdaxiləsinə və ukraynalıların geniş miqyaslı məcburi deportasiya edilməsinə görə cinayət təqibinə çağırıb.
"Ən azı bir milyon ukraynalı Rusiyaya və Rusiyanın nəzarətində olan ərazilərə deportasiya edilib. Onların arasında o 200 mini uşaq var”,- parlamentin yekdilliklə qəbul etdiyi qərarda deyilir.
Sənəddə qeyd edilir ki, ədalət yalnız Rusiya liderlərinin, cinayətlərin yüksək rütbəli təşkilatçılarının, Ukraynada hərbi əməliyyatların və mülki əhalinin deportasiyasının birbaşa səbəbkarlarının mühakimə olunması ilə təmin olunacaq.
Litva və digər Baltikyanı ölkələr Latviya və Estoniya parlamentləri Rusiyanın Ukraynadakı hərəkətlərini "soyqırım” adlandıran vəsatətlər qəbul edib, Litva isə Rusiyanın əməlini terrorrizm adlandırıb.
Litvanın təklifi 1940-cı ildə ölkənin Sovet İttifaqının tərkibinə zorla birləşdirilməsindən sonra litvalıların Sibirə kütləvi deportasiyası proqramının başlanmasının ildönümündə qəbul edilib. Parlamentin bildirdiyinə görə, həmin dövrdə 130 minə yaxın insan Sibirə sürgün edilib.
Nurlan Hüseynov
Şərhlər