Xəbər lenti

Litva parlamenti "Vaqner"i terror təşkilatı kimi tanıdı
Dünya13:56 14.03.2023

Litva parlamenti "Vaqner"i terror təşkilatı kimi tanıdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Litva Seymi Rusiyanın "Vaqner” özəl hərbi şirkətini terror təşkilatı kimi tanıyıb. Litva parlamentariləri bütün Aİ ölkələrini onlardan nümunə götürməyə çağırıblar. 
Qaynarinfo parlamentin saytına istinadən xəbər verir ki, "Vaqner” özəl hərbi şirkətini terror təşkilatı kimi tanınması haqqında qətnamə Litva Seyminin üzvləri tərəfindən yekdilliklə təsdiq edilib.
Litva parlamentarilərinin fikrincə, "Vaqner” Rusiyanın Ukraynadakı hərbi əməliyyatları zamanı "sistemli ağır cinayətlərdə” iştirak edir. Bundan başqa, qətnamədə qeyd olunur ki, özəl hərbi şirkət "dövlət və ictimai təhlükəsizliyə təhlükə yaradır”.
Xatırladaq ki, 2022-ci ilin mayında Litva Seymi Ukraynadakı hərbi əməliyyatla bağlı Rusiyanın "terrorçuluğu dəstəkləyən və həyata keçirən dövlət” olduğunu bildirən qətnamə qəbul edib. Bu sənəd Litva parlamentariləri tərəfindən də yekdilliklə dəstəklənib.
Nizami Bağırov