Litvada məktəblərdə ictimai ruh və milli müdafiə bacarıqları dərsləri keçiriləcək.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə və təhsil nazirləri
bildirib.
Hər iki nazirlik 5-10-cu siniflər üçün müştərək layihə hazırlayıb. Lahiyə çoxsaylı təhsil proqramlarında milli müdafiə bacarıqları və ictimai ruha praktik diqqət yetirir. Proqram gələn yazdan keçirilməyə başlayacaq.
"Bu kurslar uşaqlara müdafiə və həyatda qalmaq bacarıqları öyrətməyə fokuslandığı üçün müstəsnadır. Kurslar vaxtı uşaqlara cəngəllikdə sağ qalmağın yolları, çadır qurmaq, təhlükəsizlik və ilk tibbi yardım bacarıqları öyrədiləcək”, - Litva müdafiə naziri deyib.
Kurslar hər akademik ildə 3 gün olacaq. Məktəbi bitirmək üçün kurslarda iştirak məcburi olacaq.
"Şagirdlər əldə etdikləri bilgiləri kursun sonunda təşkil edillən kampda tətbiq edəcəklər”,- nazir Arvidas bildirib.
"Ümumi təhsil kurikulumunu yeniləyərkən, ümumi təhlisin bütün fənləri üzrə vətəndaşların səriştəsinin artırılmasına xüsusi diqqət yetiririk. Ona görə ki vətəndaşlıq təkcə bir fənnin subyekti olmasın, daha geniş sahəni əhatə eləsin”,- təhsil nazii Jurqita Siquzdinen deyib.
Nurlan Hüseynov