Litvanın Merkin şəhərində sovet əsgərinin abidəsi sökülmə zamanı iki hissəyə bölünüb.
Qaynarinfo xəbər verir ki, bu barədə cümə günü yerli LRT telekanalı məlumat
yayıb.
Mədəni İrs Departamentinin qiymətləndirmə komissiyasının rəyi alındıqdan sonra abidə postamentdən götürülüb. Onu Qrutas kəndindəki Sovet heykəlləri parkına aparmalıymışlar, lakin iş zamanı heykəl yarıya bölünüb.
Yerli administrasiya nümayəndəsinin sözlərinə görə, abidənin "heç bir dəyəri yoxdur”, ona görə də onun sökülməsinə qərar verilib, lakin həlak olan əsgərlərin dəfn olunduğu yerlər qorunacaq
Merkin şəhərindəki bu abidə cəbhənin bu sektorunda Nemanı keçən 26-cı qvardiya atıcı diviziyasının 240-dan çox əsgərinin dəfn olunduğu yerdə ucaldılıb.
Cümə axşamı Litvanın Palanqa şəhərində İkinci Dünya Müharibəsi zamanı həlak olmuş sovet əsgərlərinin xatirəsinə ucaldılmış obelisk, Xarkovda isə Aleksandr Nevskinin abidəsi sökülüb.
Alpər
Şərhlər