Xəbər lenti

Livan ordusu ilə İŞİD atəşkəs elan etdi
Dünya10:15 27.08.2017

Livan ordusu ilə İŞİD atəşkəs elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Livan ordusu ilə İŞİD terror qrupu arasında atəşkəs elan edilib.

Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2014-cü ildə qaçırılan 9 livanlı əsgərin aqibəti ilə əlaqədar İŞİD-lə davam edən müzakirələrin nəticəsi olaraq atəşkəs elan edilib. Razılaşmaya əsasən, İŞİD terror qrupu Suriyanın Deyrizor bölgəsinə çəkiləcək. 

Hizbullah katibi Həsən Nəsrullah cümə günü İŞİD-in müzakirələr üçün əlaqə saxladığını və 9 livanlı əsgərin aqibəti barədə danışılacağını açıqlamışdı.

Qeyd edək ki, 2014-cü ildə Livan ordusu ilə İŞİD arasında 5 gün davam edən müharibədə 17 Livan əsgəri ölmüş, 86-sı yaralanmış, 9 əsgər isə əsir götürülmüşdü.

Gülşən

Qaynarinfo.Az