Xəbər lenti

Livan sərhəddi İŞİD-dən təmizləndi
Dünya07:29 29.08.2017

Livan sərhəddi İŞİD-dən təmizləndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Livan ordusu "Dağların şəfəqi" adlı əməliyyatla ölkə sərhəddini İŞİD terrorçularından təmizləyib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Livan ordusu 19 avqustda başlayan əməliyyatların yekunlaşması barədə təşkil edilən mətbuat konfransında məlumat verib. Çox sayda yerli və xarici jurnalistin iştirak etdiyi konfransda "Son İŞİD üzvünün dünən axşam saatlarında Livandan ayrılması ilə əməliyyatlar yekunlaşdı və sərhəd təhlükəsizliyimizi təmin etdik. Əsgərlərimiz sərhəd xəttinin vacib yerlərində qərarlaşıblar" deyilib.

Bölgədə minadan təmizlənmə və yeni yollar salma prosesi davam etdirilir. 

Qeyd edək ki, son günlərdə İŞİD və Livan ordusu arasında razılaşma əldə edilmişdi. İŞİD əsirliyində olan 9 Livan əsgərinə qarşılıq olaraq terror qrupuna Suriyanın Deyrizor bölgəsinə getməyə icazə verildi. 

Əməliyyatlarda 6 Livan əsgəri ölüb, 17 əsgər isə yaralanıb. 

Gülşən

Qaynarinfo.Az