Livanda Səidə liman şəhəri yaxınlığında yerləşən Eyn əl-Helve adlı böyük fələstinli qaçqın düşərgəsində toqquşmalar baş verib.
Qaynarinfo xəbər verir ki, Fələstin rəsmilərinin bildirdiyinə görə, nəticədə bir FƏTH komandiri də daxil olmaqla 5 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.
AP-nin sitat gətirdiyi Fələstin rəsmilərindən birinin sözlərinə görə, islamçı yaraqlılar FƏTH qrupundan olan bir fələstinli generalı və onu müşayiət edən üç nəfəri öldürüblər.
AFP-dəki mənbənin məlumatına görə, FƏTH hərəkatının üzvləri ilə islamçı qruplar arasında toqquşmalar baş verib. Agentlik yazır ki, 54 mindən çox qeydiyyatdan keçmiş fələstinli qaçqının yaşadığı Eyn əl-Helvedə toqquşmalar qeyri-adi deyil.
Bu ilin martında FƏTH hərəkatının üzvləri ilə islamçı qruplaşmalar arasında gecə saatlarında baş verən toqquşmalarda bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Eyn əl-Helve 1948-ci ildə İsrailin yaradılması zamanı qaçqın düşmüş fələstinliləri yerləşdirmək üçün yaradılıb. Son illərdə Suriyadakı münaqişələrdən qaçan minlərlə fələstinli ora göndərilib.
Fələstinin Milli Azadlıq Hərəkatı (FƏTH) Fələstinin paramiliter təşkilatı və siyasi partiyasıdır.
Aydın