Xəbər lenti

Dünya 15:20 01.02.2024

"Liverpul"un oyunçusu topu qapı dirəyinə dörd dəfə vurub unikal rekorda imza atdı (VİDEO)

"Liverpul"un hücumçusu Darvin Nunyes İngiltərə Premyer Liqasında "Çelsi" ilə matçda (4:1) çox şanssız olub.

Qaynarinfo "talkSPORT"a istinadən xəbər verir ki, qarşılaşma zamanı uruqvaylının 4 zərbəsi rəqibin qapı dirəyinə tuş gəlib.
 
Birinci hissənin sonunda uruqvaylı penaltidən topu dirəyə vuraraq şansını qaçırıb, oyundan isə onun 3 zərbəsi qapı dirəyinə dəyib. 

Bundan başqa, forvard qol vurmaq üçün bir neçə yaxşı fürsəti də qaçırıb.

Bu, İngiltərə çempionatında bir matç üçün rekorddur. Premyer Liqanın bu mövsümündə Nunyesin 11 zərbəsi qapı dirəyinə dəyib və top-5 liqalarında mütləq rekord olub. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->