Xəbər lenti

"Liverpul"un yetirməsi 29 yaşında karyerasını bitirdi
İdman07:11 19.10.2022

"Liverpul"un yetirməsi 29 yaşında karyerasını bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Liverpul"un yetirməsi olan və uzun illər Mersisayd komandasında çıxış edən Con Flanaqan 29 yaşında karyerasını bitirdiyini açıqalyıb. 
Qaynarinfo xəbər verir ki,  son vaxtlar zədələrdən əziyyət çəkən müdafiəçi dizindəki əməliyyatdan sonra futbolu buraxmağın vaxtının çatdığını bildirib. 
Flanaqan açıqlamasında "14 aylıq diz əməliyyatından sonra bu problemdən qurtulmaq üçün hər şeyi sınadım. Amma indi gələcək sağlamlığım prioritet olmalıdır. Uşaqlıqda arzum böyüyüb futboldan çörəkpulu qazanmaq idi. Bu gün arzum yerinə yetdiyi üçün fəxr edirəm. Təkcə klubum "Liverpul”un deyil, həm də milli komandanın kapitanı olmuşam. Bu xatirələr ömür boyu qalacaq” - sözlərini söyləyib.
2011-ci ildə əsas komandaya dəvət alan və 2018-ci ilə qədər "Enfild"də qalan Flanaqan bu müddətdə "Börnli" və "Bolton"da icarə əsasında çıxış edib. 2018-ci ildə "Reyncers”lə müqavilə imzalayan britaniyalı müdafiəçi daha sonra Belçikanın "Şarlerua” komandasında forma geyinib. Ötən mövsüm Danimarka təmsilçisi "Koge" ilə müqavilə imzalayan futbolçu bu komandanın heyətində cəmi 4 oyunda meydana çıxa bilib.
Zədə probleminə görə futbolla vidalaşan Flanaqan İngiltərə millisinin formasını cəmi bir dəfə geyinib.
Səbuhi Həsənov