Xəbər lenti

Liviya parlamentində Türkiyə ilə əlaqələrin bitirilməsi üçün səsvermə keçirildi
Dünya19:05 04.01.2020

Liviya parlamentində Türkiyə ilə əlaqələrin bitirilməsi üçün səsvermə keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviya Parlamentində Türkiyə ilə münasibətlərin bitirilməsi üçün səsvermə keçirilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Haftarı dəstəkləyən Nümayəndələr Palatası qərarın lehinə səs verib. Bununla da Haftara ölkənin hava və dəniz limanlarını bağlamağa icazə verilib. Haftar həmçinin Türkiyədən gələn hücumu dəf etmək üçün ümumi səfərbərlik elan edib.
Qeyd edək ki, bir müddət əvvəl Liviyanın beynəlxalq səviyyədə tanınan Milli Saziş Hökuməti Türkiyədən hərbi dəstək istəmişdi.