Liviyanın paytaxtı Tripolinin cənub-qərbində hərbi yük təyyarəsi qəzaya uğrayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Liviya Silahlı Qüvvələrinə aid təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra düşüb. Nəticədə 5 nəfər dünyasını dəyişib. Təyyarədə 6 nəfər olub.
Yük təyyarəsinin neft ərazisinə avadanlıq daşıdığı bildirilir.
Gülşən