Xəbər lenti

Liviyada müharibə qurbanlarının sayı 200-ə yaxınlaşır
Dünya13:38 17.04.2019

Liviyada müharibə qurbanlarının sayı 200-ə yaxınlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyada 4 apreldən bəri davam edən silahlı qarşıdurmalar 189 nəfərin həyatına son qoyub.
Qaynarinfo xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Tariq Yazareviç bu barədə məlumat verib. 13 gün ərzində uşaq və qadınlar da daxil olmaqla 816 nəfər yaralanıb. Paytaxt Tripolidə 18 mindən çox insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb. 
Qeyd edək ki, 4 apreldə General Xəlifə Həftərin rəhbərlik etdiyi qüvvələr Milli Razılıq Hökumətinin nəzarətində olan Tripolini azad etmək üçün hərbi əməliyyata başlayıb.
Gülşən