Liviyanın maliyyə naziri Fərəc Bumatari istefa verib.
Qaynarinfo xəbər verir ki, nazir bu barədə sosial media hesabından məlumat verib. 2 ay əvvəl bu vəzifəyə təyin edilən Bumatari maliyyə siyasətinin müəyyənləşdirilməsində nazirliyin iştirak etmədiyini və bununla razılaşmadığını bildirərək istefa verib. Nazir həmçinin dövlət müəssisələrində komanda ruhunun olmadığını, Mərkəzi Bankın maliyyə nazirliyinin əleyhinə fəaliyyət göstərdiyini deyib.
Gülşən