Xəbər lenti

Liviyada vəziyyət yenidən gərginləşdi: Haftar kütləvi həbslərə başladı
Dünya06:20 27.08.2020

Liviyada vəziyyət yenidən gərginləşdi: Haftar kütləvi həbslərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyada vəziyyət yenidən nəzarətdən çıxır, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında aparılan bütün sülh danışıqları da demək olar ki, nəticə vermir.
Məsələn, general Xəlifə Haftarın silahlılarının nəzarətində olan Sirt şəhərində son vaxtlar əsasən Kadhadfa qəbiləsinin üzvləri ilə müxalif Haftarın milisləri arasında toqquşmalar müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, bu haqda "Libya Observer” şəhərdəki mənbələrinə istinadən yazıb. Məlumata görə, iki tərəf arasındakı toqquşma Haftarın yaraqlıları şəhərdəki Kadhadf qəbiləsindən olan bir gənci öldürdükdən sonra baş verib.
Bu hadisədən sonra mərhumun yaxınları şəhəri idarə edən ordu ilə toqquşub, Haftar qüvvələri cavab atəşi açıb və onlardan bəzilərini həbs edib.
Qəzet yazır ki, bu dramatik hadisələrin fonunda Haftar hökuməti şəhərdəki rabitə və interneti kəsib və hərbi qüvvələr çox sayda Kadhadf qəbiləsinin üzvlərini hədəfə alan geniş həbs kampaniyası aparıblar.
Alpər