Xəbər lenti

Liviyadan BMT-də Türkiyəni əsəbiləşdirəcək açıqlama
Dünya11:02 07.01.2020

Liviyadan BMT-də Türkiyəni əsəbiləşdirəcək açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Liviyanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Milli Razılıq Hökumətinin BMT-dəki nümayəndəsi Həsən Salame bağlı qapılar arxasından keçirilən iclasın ardından mətbuata açıqlama verib.
Qaynarinfo xarci mətbuata istinadən xəbər verir ki, o, bölgədə istər Tripoli, istərsə də Haftar qüvvələrinə dəstək verən bütün ölkələrin Liviyadan çıxmalı olduqlarını bildirib. Ölkənin şərqində nəzarətini gücləndirən Haftar rejimini dəstəkləyənlər arasında BƏƏ, Misir, Fransa və Rusiya var. Salome Liviyaya silah embarqosu qoyulmasına baxmayaraq, bölgədə minlərlə silah taciri olduğunu və bu silahların liviyalılara satıldığını bəyan edib.
Qeyd edək ki, ötən həftələrdə rəsmi Liviya hökumətinin diplomatı gərginliyin artacağı təqdirdə Türkiyədən hərbi yardım istəyəcəklərini açıqlamışdı.
Camal