Rusiyanın Biysk şəhər məhkəməsi pauerliftinq üzrə Rusiya çempionu, 20 yaşlı Tatyana Andreyevanı 7 il müddətinə azadlıqdan məhrum edib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tatyana Andreyeva bir il əvvəl törətdiyi əməlinə görə cəzalandırılıb.
Təxminən bir il əvvəl bir qrup cavan - iki oğlan, iki qız - Biysk yaxınlığındakı otelə gəlib. Müşahidə kameralarının qeydiyyatından da göründüyü kimi, Tatyananı oğlanlardan biri qucağında nömrəyə aparıb. Digərləri isə çöldə pivə içiblər. Sonra oğlanlardan biri Tatyananın otağına qalxıb. 10 dəqiqədən sonra isə qaça-qaça oradan çıxıb. Tatyana onu bıçaqla vurub. Bir gündən sonra isə həmin oğlan xəstəxanada qanaxmadan dünyasını dəyişib.
Vəkili isə deyib ki, Tatyana özünü müdafiə etmək üçün bıçağa əl atmışdı.
Qaynar.info