Xəbər lenti

Ölkə gözəli niyə öldürülüb? - səbəbi açıqlandı
Dünya15:00 20.11.2014

Ölkə gözəli niyə öldürülüb? - səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hondurasda ölkə gözəli seçilmiş Mariya Jose Alvarado və böyük bacısı Sofiya Trinidadın qatilib həbs olunub. Qaynar.info xəbər verir ki, Sofia Trinidadın sevgilisi olan Ruiz adlı şəxs cinayəti etiraf edib.

Olayla bağlı açıqlama verən polis rəisi Ramon Sabillon bildirib ki, Ruiz iki bacını güllələydini və basdırdığın bildirib. Qatil sevgilisi Sofiyanın başqa kişi ilə rəns etdiyini görüb və onu güllələyib. Bu zaman Mariya qaçmağa çalışıb. Lakin qatil buna imkan verməyərək Honduras gözəlini də qətlə yetirib. 

Polis bacıları öldürən Ruisə onları basdırmaq üçün yardım edən Aris Maldonadonu da həbs edib. 

Qeyd edək ki, Mariya və Sofiya bacıları ötən həftə Ruizin doğum günə şənliyinə qatıldıqdan sonra yoxa çıxmışdı. Onların cəsədi dünən Santa Barbara şəhərində torpağa basdırılmış halda aşkarlanıb. Hətta cinayət vaxtı istifadə olunan silah və məkana yola düşən maşın da ələ keçirilib.

Mariya dekabrda Hondurası Londonda keçiriləcək "Miss World" müsabiqəsində təmsil edəcəkdi.

Qaynar.info