Xəbər lenti

Ölkə kubokunda ilk yarımfinalçı müəyyənləşir
İdman06:35 11.02.2022

Ölkə kubokunda ilk yarımfinalçı müəyyənləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşəcək.
Qaynarinfo xəbər verir ki, ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində bu gün bir oyun keçiriləcək. "Qarabağ" səfərdə "Keşlə"nin qonağı olacaq. Saat 18.00-da "ASK Arena"da startı veriləcək qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
İlk görüşdə "Qarabağ" rəqibini minimal hesabla məğlub edib. Səfər qolu qaydası ləğv olunduğundan, "Keşlə" eyni hesabla qələbə qazanacağı təqdirdə yarımfinalçı əlavə vaxt və ya penaltilər seriyasında müəyyənləşəcək.
Azərbaycan Kuboku, 1/4 final, cavab oyunu 
11 fevral (cümə)
18:00. "Keşlə” – "Qarabağ” (İlk oyun - 0:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
"ASK Arena”.
1/4 final mərhələsinin digər cavab matçları qarşıdakı iki gün ərzində keçiriləcək. Ayın 12-də "Sabah" "Neftçi"ni qəbul edəcək, 13-də "Qəbələ" doğma meydanda "Sumqayıt"la, "Səbail" isə "Zirə" ilə qarşılaşacaq.
Səbuhi Həsənov