Cənubi Amerika ölkəsi El Salvadorda 25 oktyabrda cinayət faktı qeydə alınmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele məlumat verib. O, sosial mediada bu fakta görə sevincini dilə gətirib.
Qeyd edək ki, BMT-nin Narkotik və Cinayət Ofisinin məlumatına görə, El Salvador Latın Amerika ölkələri arasında cinayət hallarına görə lider ölkədir. Növbəti yerdə Venesuela qərarlaşıb.