NATO üzvi olan Norveç 1980-ci illərdən etibarən ordusunda qadınlara da vəzifə verib.
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, ölkədə yalnız qadınlardan ibarət olan xüsusi komanda çətin şərtlər altında fəaliyyət göstərir.
Uzun müddət bundan öncə Norveçdə hərbi xidmət göstərən əsgərlərin sayı az olduğundan qadınların da hərbiyə qatılması sərbəst idi. Hələ o zamanlar kiçik olan bu komanda proqramı günümüzdə artıq böyüyüb. Proqram çərçivəsində qadınla da kiçilər kimi kürəklərində daha ağır əşyalar, sürsatlar daşıyır, sağ qalmaq uuğrunda mübarizə aparır, düşmən ərazisinə keçmək üçün təyyarədən tullanırlar.
Qadın hərbçilər kişi hərbçilər kimi paraşütdən istifadə ilə bağlı dərslər alırlar. Onlar fasilələrdə mahnı oxuyur, deyib-gülüb danışırlar.