Xəbər lenti

Ölkəsi üçün ağlayan yunana inanılmaz kömək
Dünya09:54 08.07.2015

Ölkəsi üçün ağlayan yunana inanılmaz kömək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Tayms” qəzeti Yunanıstanda bank önündə yerə çökərək ağlamağı ilə bütün dünyada məşhurluq qazanan və böhranlı ölkənin simvoluna çevrilən 77 yaşlı vətəndaşa Avstraliyadan yardım gəldiyini yazıb.   Axar.az xəbər verir ki, “Tayms”ın yayımladığı məqalədə bunlar yazılıb:   “Salonikidə səkidə ağlayan pensiyaçının ağlına da gəlməzdi ki, dünyanın o başında yaşayan köhnə məktəb yoldaşlarından birinin oğlunun qəlbinə bu qədər təsir edəcək. Həmin vətəndaş öz pensiyasından 120 avro ala bilmək üçün 3 fərqli bankda növbə gözləmiş, amma pulu ala bilməmişdi. Dördüncü bankdan da rədd cavabı aldıqdan sonra “Ölkəmi bu halda görməyə dözə bilmirəm”, - deyib ağlamışdı. Pensiyaçının bu cür ağlaması və iki məmur tərəfindən yerdən qaldırılması videosu Yunanıstan böhranının simvollarından birinə çevrilmişdi. Yunan əsilli avstraliyalı iş adamlarından biri Ceyms Kufas fotolara baxıb, ağlayan pensiyaçının atasının məktəb yoldaşı olduğunu öyrənəndən sonra Feysbuk sosial şəbəkəsi vasitəsilə insanlardan pensiyaçını tapmaq üçün kömək istəyib:   “Bütün Feysbuk dostlarımdan, jurnalistlərdən və media ilə birbaşa əlaqəsi olan insanlardan xahiş edirəm ki, bu cənabı tapmaqda mənə kömək edin. O, mənim atamın məktəb yoldaşı olub. Şirkətim vasitəsilə onun 12 aylıq pensiyasını ödəmək istəyirəm. Həftədə 170 avro? Biz 250 verəcəyik. Qürurlu, çalışqan bir yunan vətəndaşının aclıq çəkməsinə heç vaxt imkan verməyəcəyəm”.   Qeyd edək ki, Kufas həmin pensiyaçını tapandan sonra Yunanıstana uçmaq qərarına gəlib.  

Qaynar.info