
İtaliyada heyvanlar aləmində qeyri-adi hadisə baş verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, vəhşi heyvanlar üçün nəzərdə tutulan qoruqda yaşayan Evalin adlı ana meymunun balası doğulandan 5 gün sonra ölüb. Bunu qəbul etməyən ana cansız bədəni heç kimə verməyərək balasını 4 həftə ərzində yedirdib və onunla maraqlanıb.
Bala meymunun ölümündən 3 həftə keçəndən sonra onun bədəni hissələrə parçalanmağa başlayıb, lakin Evalin bu hissələri birləşdirməyə çalışaraq balasının qayğısına qalmağa davam edib.

Gülşən
Qaynarinfo.Az