
Skandinaviya tanışlıq xidməti "Viktorya Milan Saytı" Polşanın aviaqəzada həlak olmuş keçmiş prezidenti Lex Kaçinskinin şəklini Varşavada tanışlıq saytının reklam lövhəsinə vurduğu üçün üzr istəyib.
Qaynar.info rus mətbuatına istinadən xəbər verir ki, tanışlıq saytının rəhbəri Siqurd Vedal reklamın yumor xarakteri daşıdığını və lövhəyə mərhum prezidentin əkiz qardaşı Yaroslav Kaçinskinin şəklini vurmaq istədiklərini deyib. Lakin səhv nəticəsində reklam lövhəsinə Lex Kaçinskinin şəkli vurulub.
"Bu əkiz qardaşlar çox oxşardı və buna görə də səhv etmişik" Vedal deyib.
Reklam lövhəsinin quraşdırılmasından sonra internetdə həmin saytın ünvanına tənqidi fikirlər səsləndirilmişdi.
Qaynar.info