Xəbər lenti

Londonda mavi xoruz heykəli qoyuldu
Dünya17:12 25.07.2013

Londonda mavi xoruz heykəli qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Londonda Trafalqar meydanındakı dördüncü postamentdə bu gün parlaq mavi rəngli xoruz heykəli açılıb. ANS PRESS Britaniya mətbuatına istinadən bildirir ki, heykəlin müəllifi alman heykəltəraş Katarina Friçdir. Londonlular onun işini «ev xoruzu» adlandırıblar.

Açılış mərasiminə yüzlərlə insan, o cümlədən, London meri Boris Conson və müəllif də qatılıb. Heykəlin «güc və yeniləşmənin» rəmzi olduğu bildirilib. Heykəlin hündürlüyü 4,72 m-dir. Daha öncə burada yelləncək at üzərində oturmuş oğlan heykəli qoyulmuşdu.

Trafalqar meydanında bundan başqa daha 4 heykəl var. Birincisi meydanın mərkəzindəki sütunun üzərindədir və Nelsona məxsusdur. Qalan üç postamentdə isə klassik üslublu heykəllər qoyulub: kral IV Georq və iki sərkərdə - general Çarlz Napyer və Henri Heyvlokun heykəlləri yer alıb.

Qaynar.info