770 min dollar məbləğində “təsəlliverici mükafat” isə heç kəsə nəsib olmayıb.
Kanadanın Ontario vilayətinin naməlum sakini məşhur “Lotto Max” lotereyasından 26 milyon kanada dolları (20 milyon ABŞ dolları) udub.
Qaynarinfo.Az istipress-ə istinadən xəbər verir ki, bu barədə lotereyanın təşkil edən “Atlantic Lottery” Assosiasiyası məlumat yayıb.
Builki oyunda başqa qalib olmayıb, yəni, 770 min dollar məbləğində “təsəlliverici mükafat” bu il heç kəsə nəsib olmayıb.
Bu, bu ilin əvvəlindən “Lotto Max” lotereyasında üçüncü böyük uduşdur. Keçən həftə və yanvarın əvvəlində Kvebek ştatında 46 milyon dollarlıq uduşlar qeydə alınıb.
Kanada tarixində ən böyük cekpot 2015-ci ildə udulub, 49,5 milyon dollar məbləğində.
Qaynarinfo.Az