
ABŞ-da lotoreya biletində rekord uduş qeydə alınıb. RBK-nın verdiyi məlumata görə, uduş 590.5 milyon dollar olub.
Məlumatda deyilir ki, bu dəfəki uduş 2012-ci ilin noyabr ayından sonra ən yüksək uduşdur.
Qeyd edək ki, həmin vaxt bir bilet 587.5 milyon dollar qazanmışdı.
Lotoreyada cek-potu qazanmaq şansı isə 175 milyondan bir nəfərə qismət olur.
Xatırladaq ki, ABŞ-da ən yüksək uduş 2012-ci ilin martında 656 milyon dollar məbləğində olub.
Trend