Xəbər lenti

Lotu Qulinin mer dostu ilə bağlı araşdırmalar başladı
Dünya06:54 12.09.2013

Lotu Qulinin mer dostu ilə bağlı araşdırmalar başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yekaterinburqda keçirilən və azərbaycanlı “qanuni oğru” “Lotu Quli”nin də adının hallandırıldığı qalmaqallı mer seçkilərinin ardınca polis hərəkətə keçib.

Aznews.az-ın Rusiya mətbuatın istinadən məlumatına görə, Yekaterinburq administrasiyasının 3 yüksək rütbəli əməkdaşının evində axtarış aparılıb. Bu barədə məlumatı DİN-in Sverdlovsk üzrə şöbəsinin mətbuat əlaqələndiricisi Valeri Qoreli verib.

Onun sözlərinə görə, söhbət şəhər merinin müavini Vladimir Tunqusov və Departament rəhbəri Vadim Dudarenkodan gedir. Üçüncü şübhəli isə meriyanın Kazakov soyadlı əməkdaşıdır.

Axtarış tədbirləri fırıldaqçılıqla bağlı qaldırılan cinayət işi çərçivəsində aparılıb. Məlumata görə, bir qrup şəxs şəhər əmlakının özəlləşdirilməsi vədi ilə biznesmenlərdən külli miqdarda pul alıb. Araşdırma çərçivəsində qrupun 2 üzvünün saxlanıldığı bildirilir.

Tədqiqatın nəticələrinə görə, cinayətkar qrupun üzvlərinin məmurlarla əlaqəsi istisna edilmir: “Hələlik heç nə demək mümkün deyil, çünki iş hələ yeni başlayır”.

Qeyd edək ki, V.Turqunov merin müavini vəzifəsini 1997-ci ildən tutub. O, mətbuatda “boz kardinal” deyə xarakterizə olunur.

Yekaterinburqda keçirilən qalmaqallı mer seçkilərində Yevgeni Royzmanın qələbəsini məhz onun təmin etdiyi bildirilir.

Xatırladaq ki, seçkilərdən öncə Yekaterinburqda polis basqını nəticəsində Royzmanı dəstəkləyən və aralarında azərbaycanlıların çoxluq təşkil etdiyi 45-ə yaxın “oğru” saxlanılmışdı. Daha sonra onların bəzilərinin hazırda 8 saylı cəzaçəkmə müsəssisəsində saxlanılan “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovla yaxınlığı barədə məlumatlar səsləndi.

“Sxodka”ya yığışanlar “Ded Xasan”ın qohumu, onun qruplaşmasını idarə edən yezidi kürd Timur Mirzoyevin adamları olub. Saxlanılanların bir neçəsi axtarışda olduqları üçün barələrində həbs-qətiimkan tədbiri seçilib. “Ded Xasan”ın tərəfdarı olan “Lotu Quli”nin İlqar adlı adamı isə profilaktik söhbətdən sonra azad olunaraq Bakıya gəlib.

Hətta Royzmanın özünün bir neçə ay əvvəl Bakıya səfər edərək yerli kriminal avtoritetlərlə mer seçkiləri ilə bağlı müzakirə apardığı da bildirilir. Bu söhbətin hazırda həbsdə olan “Lotu Quli”nin Royzmanın mer seçilməsinə dəstəyini almaq məqsədi daşıdığı vurğulanırdı.

Qaynar.info