2020-ci ilin avqustunda Türkiyədə qətlə yetirilən azərbaycanlı "oğru” Nadir Səlifova (Lotu Quli) yaxınlığı ilə seçilən kriminal avtoritet Nazir Əliyev qətlə yetirilib.
Qaynarinfo xəbər verir ki, hadisə Ukraynanın Odessa şəhərində "Arena” adlı bilyard klubundan baş verib.
Ukrayna hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, hadisə kriminal qarşıdurma nəticəsində baş verib. Nazir Əliyevi qətlə yetirən şəxs isə Şöhrəddin Quliyev adlı Azərbaycan vətəndaşıdır. O, artıq saxlanılaraq istintaqa təhvil verilib.
Ukraynanın güc strukturları Şöhrəddin Quliyevi kriminal dünyanın adamı kimi təqdim edir. Lakin onun biznesmen olması barədə də iddialar səsləndirilir.
Məlumatda qeyd edilir ki, tərəflər Odessada kriminal mühitə, eyni zamanda bazarlara nəzarət uğrunda mübarizə aparırlarmış. Lakin Şöhrəddin Quliyevin biznesmen olması iddiası bu məlumatın səhihliyini şübhə altına alır.
Bəzi iddialara görə, Şöhrəddin Quliyev Odessanın kriminal dairələrinin hədəfinə gəlib. Bu şəhərdə isə Lotu Qulinin tərəfdarları dominantlıq təşkil edir. Bir neçə il əvvəl başqa bir biznesmen "qara kassa”ya ödəniş ("udileniya”) etmədiyinə görə qətlə yetirlimişdi. Görünür, Şöhrəddin Quliyev də eyni təhlükə ilə üzləşib. Bu baxımdan, silaha əl atıb.
İstənilən halda bu olay kriminal dünyanın yenidən çalxalanmasını şərtləndirəcək.