Xəbər lenti

İdman 21:09 31.08.2023

Lukaku İtaliyaya qayıtdı

"Çelsi"nin belçikalı ulduzu Romelu Lukakunun "Roma"ya transferi rəsmən açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, hücumçu İtaliya klubuna birillik icarəyə verilib. 

Lukaku imzalanma mərasimində, "Bu klubdan və onların tərəfdarlarından aldığım qarşılanma məni həyəcanlandırdı və yeni komandama hər şeyimi vermək üçün mənə daha çox motivasiya etdi. Rəqib olaraq Roma Olimpiya Stadionunun atmosferini və istiliyini bilirəm. Bu gün bunun bir parçası olmaq çox gözəldir. İndi çalışmalıyıq, təvazökar olmalıyıq və oyundan-oyuna inkişaf etməliyik. Həm meydanda, həm də meydandan kənarda komanda yoldaşlarımla birlikdə olmaq üçün səbirsizlənirəm" - sözlərini söyləyib.

Futbolçunun yeni komandasında "90" nömrəli formanı geyinəcəyi də açıqlanıb.

Dünyaca məşhur hücumçu karyerası ərzində meydana çıxdığı 589 oyunda 280 qola, 93 məhsuldar ötürməyə imza atıb. Lukaku İtaliyada iki ayrı dövrdə "İnter"də çıxış edib. 2020-2021 mövsümündə "İnter"lə ölkə çempionluğunu qaznan Lukaku, 2022-2023 mövsümündə İtaliya Kuboku və İtaliya Superkubokunu da əldə edib. Bununla yanaşı Çempionlar Liqasının finalında oynayıb.

30 yaşlı hücumçunun adı transfer dövründə "Yuventus" la yanaşı, ötən mövsüm formasını geyindiyi "İnter"lə də hallanırdı.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->