Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, qonşu Qərb ölkələri vətəndaşlarına "normal həyat”ın nə olduğunu görməmək üçün Belarusa vizasız giriş imkanından istifadə etməyə imkan vermir.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Xatırladaq ki, aprelin 15-dən mayın 15-dək Litva və Latviya vətəndaşları üçün Belarusa vizasız girişə icazə verilir.
Respublikanın Qomel vilayətinin Çeçerski rayonunun sakinləri ilə görüşdə Lukaşenko xatırladıb ki, sərhəd xüsusi olaraq katolik Pasxa bayramından əvvəl açılıb ki, insanlar "qohumlarının qəbirlərini ziyarətə gələ bilsinlər”. Amma Belarus Respublikasının prezidenti əmindir ki, qonşu dövlətlərin rəhbərləri öz vətəndaşlarını bayıra buraxmırlar ki, "insanlar belarusların normal yaşadığını görüb danışmasınalr”.
Diktatura ittihamlarına gəlincə, Aleksandr Lukaşenko hesab edir ki, bunun yalnız faydası var. "Allaha şükürlər olsun ki, bizdə diktaturadır... Amma bu diktaturada nizam var. Diktatura olmasaydı, indi adamlar lüt gzərədilər”, - odeyib.
BelTA-nın məlumatına görə, Belarus lideri vətəndaşları heç bir halda "müharibə olmasın” deyə öz dövlətlərini qiymətləndirməyə və qorumağa çağırıb. "Görürsünüz ki, qonşuluqda nə bəlalar baş verir” deyə o, Ukraynadakı müharibəni nəzərdə tutaraq, həmyerlilərini özlərini "palçığa soxmamağa” çağırıb.
Bundan əvvəl Belarus prezidenti respublikanın qonşu dövlətlərini "mehriban yaşamağa” çağırıb.
Alpər
Şərhlər