Dünya 12:33 11.06.2022

Lukaşenko Belarusda “Ukrayna senarisi”nin təkrarlanma riskindən danışdı

Prezident Aleksandr Lukaşenko deyib ki, Belarus rəsmiləri "müharibəyə sürüklənməmək” üçün "əhali ilə daha fəal əlaqə saxlamalıdırlar”.

Onun fikrincə, əgər respublika hökuməti "xalq uğrunda döyüşdə uduzsa”, onu "Ukrayna senarisi, ən güclülərin sağ qalacağı, uşaqların, qocalarınsa taleyin ümidinə qalacağı” vəziyyəti təhdid edir.

Lukaşenka həmçinin 2020-ci ilin yayında prezident seçkilərindən sonra baş vermiş hadisələrdən "nəticə çıxarmağı" zəruri hesab edir, - bu haqda onun saytında deyilir.

"2020-ci ildə və ondan sonra baş verənlərdən nəticə çıxarmasaq, Ukrayna hadisələrinə doğru böyük addım atacağıq. Ancaq bu, bizim üçün Ukraynadan daha çətin olacaq” deyən dövlət başçısı Belarusda sülh naminə hər kəsi "çalışmağa və gərilməyə” çağırıb.

Bundan əvvəl Lukaşenko "NATO və Polşanın Qərbi Ukraynanı ələ keçirmək, ölkəni parçalamaq planlarından” narahatlığını ifadə edib.
Eyni zamanda, o, Rusiya Federasiyasının "xüsusi əməliyyatı” zamanı Ukrayna ordusunun taktikasını yüksək qiymətləndirib və Belarus ordusuna bu münaqişənin təcrübəsindən yararlanmağı tövsiyə edib.
 
Alpər