Xəbər lenti

Lukaşenko “Belaruskali” tətil komitəsi həmsədrini də həbs etdirdi
Dünya12:34 24.08.2020

Lukaşenko “Belaruskali” tətil komitəsi həmsədrini də həbs etdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus müxalifəti "Belaruskali” tətil komitəsinin həmsədri Anatoli Bokanın tutulduğunu bildirib. 
Qaynarinfo xəbər verir ki, o, bəzi sənədləri təhvil vermək üçün Rayon daxili işlər idarəsinə (ROVD) çağrılıb, orada 3 saat saxlanılıb. Detallar dəqiqləşdirilir.
Qeyd edək ki, bundan əvvəl, "Belaruskali” tətil komitəsinin fəalı Dmitri Kudeleviç tutulub, sonra KQB binasından qaçıb. Onun ölkəni tərk etdiyi ehtimal olunur. 
Avqustun 24-də isə səhər saatlarında MTZ tətil komitəsinin üzvü Sergey Dylevski və müxalifət koordinasiya şurasının üzvü olan Svetlana Tixanovskayanın köməkçisi Olqa Kovalkova da tutulub.
Alpər