
Belarus prezidenti Aleksandr Lukaşenko erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə İrəvana rəsmi səfər edəcək.
Trend-in məlumatına görə, rəsmi qarşılanmadan sonra Ermənistan liderinin iqamətgahında iki ölkə rəhbərinin təkbətək, sonra isə Ermənistan və Belarusun rəsmi nümayəndələrin iştirakı ilə geniş tərkibli görüşü baş tutacaq.
Danışıqların yekunlaşmasından sonra, ikitərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə istiqamətlənən sənədlərin imzalanması planlaşdırılıb. Sarkisyan və Lukaşenko, həmçinin KİV nümayəndələri qarşısında bəyanatla çıxış edəcəklər.
Qaynar.info