Xəbər lenti

Lukaşenko həkim formasında xəstə qadının qarnıyla maraqlandı (VİDEO)
Dünya12:46 15.12.2020

Lukaşenko həkim formasında xəstə qadının qarnıyla maraqlandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarusiya Prezidenti Aleksandr Lukaşenko Mogilevdəki regional klinik xəstəxanada olub. 
Qaynarinfo BelTA-ya istinadla xəbər verir ki, o, tibb müəssisəsinin işi ilə tanış olub. Xüsusilə, koronavirus infeksiyası olan xəstələrə necə baxıldığıyla maraqlanıb. 
Prezident işgüzar səfəri zamanı COVID-19 xəstələrinin müalicə olunduğu bir neçə şöbəyə baş çəkib. "Qırmızı zona"da işləyən həkimlər və orada yatan xəstələrlə də söhbət edib. Bunu etmək üçün ağ xalat geyinib, maska taxıb və palataya girib.
Lukaşenko palatadakı xəstələrə gülümsəyərək hamının sağ olduğuna işarə edib: "bax hamınız sağsınız”. Yataqda qarnı üstə uzanmış bir qadın özünü yaxşı hiss etdiyini deyib. "Qarnı üstə uzanmaq sizinçün rahatdır?” – o soruşub. Xəstə cavab verib: "Əslində o qədər rahat deyil, amma çarə nədir?”
 
Alpər
<iframe width="640" height="360" src="https://www.youtube.com/embed/HFSlF0z7znQ" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">