Belarusiya Prezidenti Aleksandr Lukaşenko təmizlik zamanı "Pripyatski” Milli Parkında şam ağacları əkmək üçün Çernobıl zonasına gedib.
Qaynarinfo xəbər verir ki, Lukaşenko ənənəvi olaraq hər il 20 aprel tarixində zərər çəkmiş ərazilərə baş çəkir. Bu il də koronavirus pandemiyasına baxmayaraq, oraya gedib. O, həmçinin ölkəsini respublika səviyyəli iməcilik keçirməkdən imtina etməməyə çağırıb.
Xəbərdə qeyd olunur ki, parkın hektar yarım ərazisində minlərlə şam fidanı əkiləcək. Lukaşenko iməcilik günü Lyaskoviçi aqro şəhərciyində işləmək niyyətindədir.
Xatırladaq ki, Çernobıl Atom Elektrik Stansiyası Belarus sərhəddindən 16 km məsafədə yerləşir.
Alpər