Xəbər lenti

Lukaşenko Putin və Baydeni Belarusa çağırdı: “Gəlin, burda müzakirə edək”
Dünya12:58 26.05.2021

Lukaşenko Putin və Baydeni Belarusa çağırdı: “Gəlin, burda müzakirə edək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus Prezidenti Aleksandr Lukaşenko rus və amerikalı həmkarını Minskə dəvət edib. 
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Putin və Bayden Belarusdakı vəziyyəti müzakirə etmək istəyirlərsə, bu, onun ərazisində edilməlidir.
Lukaşaenko parlament üzvləri, Konstitusiya Komissiyası və dövlət idarəetmə orqanlarının nümayəndələri ilə görüşündə deyib: 
"Mən hamını dəvət edirəm: Belarus problemlərini müzakirə etmək istəsələr, buraya gəlsinlər". O, həmkarlarını ləyaqətlə qarşılayacağına və onlarla səmimi danışacağına söz verib. "İsveçrədə oturub Putinə Belarusun problemlərini öyrətmək gülüncdür", - Belarus lider əlavə edib.
Lukaşenko qeyd edib ki, Putin və Bayden Belarusdakı vəziyyəti telefonla müzakirə ediblər. Onun sözlərinə görə, Rusiya lideri çox mədəni davranmasa da, sonra ona zəng edib və icazə almadan Belarusu müzakirə etdiyinə görə üzr istəyib.
Alpər