Xəbər lenti

Lukaşenko Putindən xahiş etdi: “Merkelə deyin ki...”
Dünya11:56 19.08.2020

Lukaşenko Putindən xahiş etdi: “Merkelə deyin ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus Prezidentinin mətbuat katibi Natalya Eismont Aleksandr Lukaşenkonun Rusiya Prezidenti Vladimir Putinlə yenidən telefon danışığı olduğunu deyib. Bu, Belarusda seçkisonrası siyasi böhran dövründə artıq dördüncü söhbətdir.
Qaynarinfo Eismont-a istinadla xəbər verir ki, söhbət Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında bir gün əvvəl baş verən danışıqdan gedib.
"Lukaşenko Putindən Merkelə Belarusun işlərinə qarışmamaq istəyini çatdırmağı xahiş etdi", - mətbuat katibi deyib.
O, qeyd edib ki, Belarus lideri Merkel ilə söhbətə ehtiyac görmür, çünki onun təsiri mənfi olacaq.
"Putin və Lukaşenko KTMT daxil olmaqla, imzalanan razılaşmalar çərçivəsində hərəkətlərini əlaqələndirirlər", - Eismont əlavə edib.
Alpər