Dünya 18:44 29.05.2023

Lukaşenko: “Putinlə razılaşmışıq ki, vahid valyuta məsələsi...”

Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə işgüzar görüş keçirib. 

Qaynarinfo "Kommersant”a istinadla xəbə verir ki, tərəflər vahid valyutanın yaradılmasını, həmçinin maliyyə bazarlarına nəzarət sahəsində məlumat mübadiləsinə dair sazişi müzakirə ediblər.

"Söhbət vahid valyutanın yaradılmasından və sairdən düşəndə dövlət başçıları səviyyəsində görüşlərdə mən sizin və bizim sədrimizdən tez-tez sitat gətirirəm ki, bu, asan proses deyil. Və yəqin ki, Rusiya prezidenti ilə razılaşdığımız kimi, bu günün işi deyil”, - Lukaşenko bildirib. Eyni zamanda o vurğulayıb ki, hazırda Rusiya Mərkəzi Bankı və Belarus Milli Bankının Banklararası Valyuta Şurası fəaliyyətini davam etdirir.

Rusiya və Belarusun maliyyə bazarlarına nəzarət sahəsində məlumat mübadiləsinə dair saziş layihəsinə Mərkəzi Bankların Banklararası Valyuta Şurasının iclası zamanı baxılacaq. İclasda Belarus Milli Bankının İdarə Heyətinin sədri Pavel Kallaur və Rusiya Federasiyası Bankının sədri Elvira Nabiullina iştirak edəcək.

2020-ci ilin sentyabrında Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov Rusiya və Belarus üçün ortaq valyutanın il yarımdan sonra yarana biləcəyini bildirmişdi. 2021-ci ilin dekabrında Aleksandr Lukaşenko demişdi ki, bu, inteqrasiyanın daha yüksək səviyyəsidir, ölkələr buna hələ hazır deyil.

Dövlət Dumasında həmçinin bildirilib ki, Belarusla vahid valyuta 2030-cu ildən tez yarana bilər. Aleksandr Lukaşenko qeyd edib ki, mövcud olanlardan hər hansı biri deyil, tam yeni valyuta ümumi ödəniş vasitəsinə çevrilməlidir.

Alpər