Xəbər lenti

Lukaşenko Ukrayna müharibəsi haqda: “Bu əməliyyat çox uzandı”
Dünya12:10 05.05.2022

Lukaşenko Ukrayna müharibəsi haqda: “Bu əməliyyat çox uzandı”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus prezidenti Aleksandr Lukaşenko Belarusun müharibəni dayandırmaq üçün hər şey etdiyini bildirib.
Qaynarinfo "Alarabiya” saytına istinadla xəbər verir ki, bu barədə Lukaşenko "Associated Press”ə müsahibəsində deyib.
Lukaşenko Rusiyanın hərbi əməliyyatlarının bu qədər çəkəcəyini düşünmədiyini deyib.
"Ancaq mən bu planın rusların dediyi kimi, plana uyğun getdiyini, yoxsa mənim hiss etdiyim kimi getdiyini deyəcək qədər bu problemin içində deyiləm. Bir daha demək istəyirəm ki, mənə elə gəlir, bu əməliyyat çox uzandı”,- Lukaşenko deyib.
Belarus prezidenti bir daha Rusiyanın əməliyyatını dəstəkləyib. O, Ukraynanın Rusiyanı təhrik etdiyini bildirib və Belarusun sülhdən yana olduğunu vurğulayıb.
"Biz qəti olaraq heç bir müharibəni qəbul etmirik. Biz müharibənin olmaması üçün hər şeyi eləmişik və indi də edirik. Rusiya və Ukrayna arasında danışıqlar mənim sayəmdə başladı”,- o deyib.
Bununla belə, o, Ukraynanın danışıqlarda maraqlı olmadığını qeyd edib:
"Ancaq ərazisində indi müharibə, hərbi əməliyyatlar gedən, insanların öldüyü Ukrayna bu danışıqlarda niyə maraqlı deyil?”
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin əvvəlində Lukaşenko Rusiyanı dəstəkləmiş və Ukraynanın Belarus ərazisinə hücum etməyi planladığını bildirmişdi. 
Dünən Belarusda hərbi təlimlər keçirilib. Lukaşenko təlimlərin heç kim üçün təhdid törətmədiyini bildirib.
"Biz heç kimi təhdid etmirik, etməyi planlamırıq və bunu etməyəcəyik. Bundan əlavə, biz təhdid edə bilmərik, bizə qarşı kimin olduğunu bilirik. Ona görə də burada, Qərbdə hər hansı konflikt, müharibə başlatmaq heç bir halda Belarus dövlətinin maraqlarında deyil. Ona görə Qərb rahat yata bilər”,- o deyib. 
Nurlan Hüseynov