Xəbər lenti

Lukaşenko “Vaqner”in taleyini müzakirə etmək üçün Putinlə görüşmək istəyir
Dünya12:42 06.07.2023

Lukaşenko “Vaqner”in taleyini müzakirə etmək üçün Putinlə görüşmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə görüşməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, "Vaqner” özəl hərbi şirkət ətrafında vəziyyət müzakirə olunacaq. Belarus prezidentinin sözlərinə görə, müzakirələrdə bölmənin gələcək fəaliyyətinə də diqqət yetiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə BELTa agentliyi məlumat yayıb.
"Onunla yaxın vaxtlarda onunla görüşməyə razılaşmışıq", - Belarus rəhbəri jurnalistlərlə görüşündə bildirib. 
Həmçinin, Lukaşenko bildirib ki, iyulun 5-də o, Yevgeni Priqojinlə telefonla "Vaqner”in gələcək fəaliyyətini müzakirə edib. "O, mənə bir şey dedi: "Biz Rusiyanın rifahı üçün çalışacağıq və borcumuzu sona qədər yerinə yetirəcəyik", - Lukaşenko deyib. 
Nizami Bağırov