Litva Prezidenti Gitanas Nauseda bu gün günortadan sonra Litva, Latviya və Estoniyanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar elan edəcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, seçkiləri saxtalaşdırmaqda və həbsdə olan etirazçılara işgəncə verməkdə günahkar olan daha 30 Belarus rəsmisi də sanksiyalara məruz qalacaq.
Reuters xəbər verir ki, Neuseda bunun yalnız ilk addım olduğunu və daha sonra sanksiyalar siyahısının genişləndirilə biləcəyini qeyd edib. Bu siyahıya daxil olanların Baltikyanı ölkələrə girişi qadağan ediləcək.
Alpər