Xəbər lenti

Lukaşenko yalnız bu yolla vəziyyəti xilas edə bilər - Politoloq
Dünya10:31 17.08.2020

Lukaşenko yalnız bu yolla vəziyyəti xilas edə bilər - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Belarusda proseslər çox gərgindir, qan tökülüb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, ölkə ayaq üstədir:
"İnsanlar daha da qəzəblənir. Belə şəraitdə vəziyyətin nizamlanması çox mürəkkəb görünür. Seçkilər beynəlxalq normalara uyğun keçirilməyib. Amma Lukaşenkonun seçkidən sonra insanlara qarşı işgəncələr verməsi, gənclərə, qadınlara, yeniyetmələrə güc tətbiq etməsi, biabırçı formada onların şəxsiyyətini təhqir etməsi cəmiyyətdə böyük qəzəb doğurub. Açığını deyim ki, mən bunu Lukaşenkodan gözləmirdim. Onu vətənpərvər və dövlətini sevən biri kimi təsəvvür edirdim. Amma bu hərəkətləri onu tamamilə nifuzdan saldı”.
Qabil Hüseyinli deyir ki, artıq proseslərə Rusiya qarışıb:
"Bu isə güc tətbiqi deməkdir. Qərb ölkələrindən isə könüllülər gəlir, qarşıdırmanın daha da güclənməsi ehtimal olunur. Hələ ki, kimin qalib çıxacağını söyləmək çox çətindir. Amma Lukaşenko xalqdan üzr istəsə, xalqa doğru addım atsa, vəziyyəti xilas edə bilər”
Bahar Rüstəmli