Xəbər lenti

Lukaşenkodan BMT-nin baş katibinə eyham: Ukrayna taxılını Belarus ərazisindən...
Dünya13:19 03.06.2022

Lukaşenkodan BMT-nin baş katibinə eyham: Ukrayna taxılını Belarus ərazisindən...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
10Belarus prezidenti Aleksandr Lukaşenko BMT-nin baş katibi Antonio Quterreşlə telefon danışığında Ukraynadan Belarus ərazisindən Baltik limanlarına taxıl tranzitinin təşkilini təklif edib.
Qaynarinfo xəbər verir ki, prezidentin mətbuat xidmətinə yaxın "Pul Pervogo” teleqram kanalının məlumatına görə, Lukaşenko bu mövzuda öz mövqeyini açıqlayıb: Minsk "Ukrayna taxılını Belarus ərazisi vasitəsilə Baltik limanlarına çatdırmağa” hazırdır.
"Belarus, eləcə də bunun üçün lazımi imkanlar ayıraraq, onun Belarus dəmir yolu nəqliyyatı ilə daşınması üçün hər cür yardım göstərməyə hazırdır”, - nəşr yazır.
Bununla yanaşı, Lukaşenko bu limanların (Almaniya, Polşa, Baltikyanı ölkələr, Rusiya) "Belarus malları üçün açıq” olmasının lazım olduğunu açıqlayıb.
Bu arada BMT-nin Dünya Ərzaq Proqramının (DƏP) rəhbəri Devid Bisli xəbərdarlıq edib ki, Rusiya-Ukrayna münaqişəsi davam edərsə, ümumilikdə 323 milyon insan aclıqdan ölə bilər: "Qlobal ərzaq təhlükəsizliyində misli görünməmiş problemlərlə üzləşirik”, - RİA Novosti DƏP rəhbərindən sitat gətirib.
Öz növbəsində, BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad bildirib ki, dünyada 1,5 milyard insan Ukrayna taxılından, Rusiyanın ərzaq və gübrəsindən asılıdır, ona görə də dəniz limanlarını blokdan çıxarmaq və ixracı bərpa etmək üçün danışıqlar mümkün qədər tez başa çatdırılmalıdır, - PRIME qeyd edir.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya əmin edib ki, Rusiya Ukrayna taxılını daşıyan gəmiləri buraxmağa hazırdır, lakin Kiyev Qara dənizi minalardan təmizləməlidir. Onun sözlərinə görə, Kiyev təkcə minalar qoymayıb, gəmiləri də batırıb.
Alpər