Belarusiya prezidentliyinə namizəd Viktor Babarikonun qərargahından onunla əlaqənin itdiyini bildiriblər.
Qaynarinfo xəbər verir ki, bundan əvvəl Belarus hakimiyyəti onu seçki yarışından kənarlaşdırmaq üçün kampaniya başladıb. Onun seçki hesabı dondurulub, keçmişdə rəhbəri olduğu "Beqazprombank”a kənardan idarə heyəti göndərilib, dost-tanışları isə həbsxanaya göndərilib.
Prezidentliyə namizədin ətrafında olan şəxslər vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur. Bununla belə, Babariko öz lehinə 300 mindən artıq imza toplayıb. Müqayisə üçün deyək ki, respublika prezidenti Aleksandr Lukaşenko 1 milyon imza toplayıb, bununla belə, 6-cı dəfə yenidən seçilməyi planlaşdırır. Respublika sakinlərinin bütün məlum sorğuları göstərir ki, seçicilərin cəmi 3-5%-i hazırkı dövlət başçısına etibar edir.
Alpər